Moskva vilayətində yeniyetmələr elektrik qatarını yandırıblar

Rusiyanın Moskva vilayətinin Domodedovo deposunda yeniyetmələr elektrik qatarını yandırıblar.

Məlumata görə, onlar artıq bunu Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə 100 min rubl dəyərində kriptovalyutaya etdiklərini boyunlarına alıblar.

Qatarı yandıran 16-18 yaşlarında olan üç oğlan artıq saxlanılıb. Dindirmə zamanı əməliyyatçılar üçlüyün altı ay əvvəl Ukrayna xüsusi xidmət orqanlarına cəlb edildiyini aşkarlayıblar.

Yeniyetmələr, həmçinin 10-dan çox oxşar yanğın törətdiklərini və təxribata cəhd etdiklərini bildiriblər.

 

 

Gununsesi.info