Moskva yaxınlığında yük maşını timsahı əzdi  - FOTOLAR

Moskva vilayətinin Puşkin rayonu ərazisində timsah yük maşınının təkərləri altında qalıb.

Sosial şəbəkələrdə hadisənin Yaroslav şosesində baş verdiyi bildirirlir.

Şahidlərin sözlərinə görə, reptiliya yola çıxıb və bu zaman yük maşını daxil olmaqla bir neçə avtomobil onun üzərindən keçib.  

Ehtimala görə, timsah yaxınlıqda yerləşən sirk-şapitodan qaçıb.