Moskva-Yerevan avtobusu qəzaya uğrayıb

  • By admin
  • 14 Oktyabr 2016 10:41

avtobus

Moskvadan Yerevana gedən sərnişin avtobusu Şimali Osetiyada qəzaya uğrayıb.

Gununsesi.info-nun  Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, ilkin məlumata əsasən, qəza nəticəsində 5 nəfər həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətlərı alıb. Avtobusda ümumilikdə 52 nəfərin olduğu bildirilir.

Qəza oktyabrın 14-də gecə saatlarında Beslan–Vladiqafqaz trasının 8-ci kilometrində baş verib. Moskva–Yerevan avtobusu “Scania” markalı yük maşını ilə toqquşub.

Hadisə yerində operativ xidmət əməkdaşları çalışır. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Gununsesi.info