Moskvada əsrin ən soyuq 5 günü gözlənilir

  • By admin
  • 04 Yanvar 2023 20:07

Rusiyanın paytaxtı Moskvada yanvarın 6-dan 10-na qədər mənfi 29 dərəcəyə qədər şaxta gözlənilir.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

Havanın kəskin soyuması yanvarın 6-dan başlayacaq. Belə ki, gecə temperatur mənfi 20-22 dərəcə, gündüz isə mənfi 18-20 dərəcə olacaq.

Yanvarın 8-i isə temperaturun mənfi 29 dərəcə təşkil edəcəyi gözlənilir.

Bildirilir ki, sözügedən tarixlər Moskvada son 23 ilin, yəni bu əsrin ən soyuq 5 günü olacaq.

Gununsesi.info