Moskvada 17 nəfər əyləncə parkında köməksiz vəziyyətdə qaldı

  • By Günel
  • 09 İyun 2025 20:23

Rusiyanın paytaxtı Moskvadakı “Dream Island” əyləncə parkında 5-i uşaq olmaqla 17 nəfər attraksionda hündürlükdə qalıb.

Gununsesi.info Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi attraksionun nasazlığına səbəb kimi elektrik enerjisinin kəsilməsini göstərib. Yanğınsöndürmə və xilasetmə bölmələri təmir işlərinə və insanların hündürlükdən enməsinə nəzarət ediblər.

Gununsesi.info