
Rusiyanın paytaxtı Moskvda yaşayan azərbaycanlı ailənin övladı bədbəxt hadisə nəticəsində vəfat edib.
Gununsesi.org xəbər verir ki, Moskva şəhərində 4 yaşlı Həsənov Miqdad Əli oğlu yaşadığı binanın doqquzuncu mərtbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Azyaşlı hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.