Moskvada azərbaycanlı iş adamı faciəvi şəkildə öldü

  • By admin
  • 03 Fevral 2023 12:05

Bir neçə gün əvvəl Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı iş adamı bədbəxt hadisə nəticəsində vəfat edib.

Gununsesi.info-nun xəbərinə görə, Moskvada mağaza işlədən iş adamı Qafur Məmmədəliyev obyektdə baş vermiş yanğın zamanı tüstüdən zəhərlənib.

Mağazadakı malları çıxarmaq istəyərkən tüstüdən zəhərlənən şəxs hadisə yerində dünyasını dəyişib.

Əslən Naxçıvanın Behrud kəndindən olan Q.Məmmədəliyevin nəşi Bakıya gətirilərək dəfn edilib.

Gununsesi.info