Moskvada azyaşlı qızı öldürən azərbaycanlı qadın həbs olundu 

  • By Mayil
  • 05 Sentyabr 2016 09:50

azerbaycanli

Rusiyanın İvanova şəhərində 2 yaşlı qızı oğurlayaraq öldürməkdə təqsirli bilinən Azərbaycan əsilli qadın tutulub. 

Gununsesi.info APA-ya istinadən verdiyi xəbərə görə, tutulan şəxs 24 yaşlı Gülnar Şirəliyevadır.

Lakin o, heç bir cinayət törətmədiyini bildirib.

 G. Şirəliyeva deyib ki, evdən çıxıb mağazaya gedərkən saxlanılıb. 

İstintaqın versiyasına görə, G. Şirəliyeva həyat yoldaşının nikahdankənar övladı olan 2 yaşlı Yananı oğurlayıb və qəddarcasına öldürüb.

 Gununsesi.info