Moskvada böyük anbar YANIB

Rusiyanın Moskva vilayətinin Serkovo kəndində 1600 kvadratmetr sahədə karton anbarında yanğın baş verib.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Yanğın lokallaşdırılıb. İlkin məlumata görə, xəsarət alan olmayıb.

 

Daha əvvəl idarə yanğının 1260 kvadratmetr ərazini əhatə etdiyini bildirmişdi. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğının söndürülməsinə 40 nəfərlik şəxsi heyət və 14 texnika cəlb olunub.

 

 

Gununsesi.info