Moskvada daha 13 nəfər koronavirusdan öldü

Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan ölənlərin sayı 5 min nəfəri ötüb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: “Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 13 xəstə dünyasını dəyişib”.

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 006 nəfərə çatıb.

Gununsesi.info