Moskvada son sutka ərzində daha 56 nəfər koronavirusdan dünyasını dəyişib.
Gununsesi.org lenta.ru-ya istinadən xəbər verir ki, bununla da paytaxtda Covid-19 qurbanlarının sayı 3085 nəfərə çatıb. 198 mindən çox insan isə epidemiyaya yoluxub, 100 min nəfər sağalıb.
Qeyd edək ki, Rusiyada ümumilikdə 485 min 253 nəfər koronavirusa yoluxub, 6142 nəfər isə dünyasını dəyişib.
Gununsesi.org