Moskvada daha 9 nəfər koronavirusdan öldü

  • By admin
  • 11 Sentyabr 2020 09:06

Moskvada son sutka ərzində koronavirusdan 9 nəfər dünyasını dəyişib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb. Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 4 956 nəfərə çatıb.

Qeyd edək ki, bir gün əvvəl Moskvada koronavirusdan 14 nəfər ölmüşdü.

Gununsesi.info