Moskvada Ermənistan-Rusiya komissiyanın iclası keçiriləcək

  • By admin
  • 28 İyun 2021 12:08

Bu gün Moskvada Ermənistan-Rusiya hökumətlərarası komissiyanın iclası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, 13-cü iclasın əsas məsələlərindən biri Rusiya hərbi bazasının Ermənistanda fəaliyyət göstərməsi və işləməsi üçün zəruri olan torpaq, daşınmaz əmlakın verilməsi olacaq.

Xatırladaq ki, rəsmi Yerevan bir neçə aydır ki, Ermənistan ərazisində yerləşdirilən 102-ci Rusiya bazası hesabına Zəngəzur dəhlizinin gücləndirilməsinin vacibliyindən danışır.