Moskvada ermənilər və azərbaycanlıların iştirak etdiyi kütləvi dava ilə bağlı cinayət işi açılıb

  • By admin
  • 24 İyul 2020 19:03

Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində ermənilərlə azərbaycanlılar arasında baş vermiş kütləvi dava ilə bağlı cinayət işi açılıb.

Gununsesi.org-un verdiyi məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin xuliqanlıq və soyğunçuluq maddələri üzrə cinayət işi başladılıb.

Ümumilikdə 25 nəfər saxlanılıb.

Dava dünən gecə Lyublinoda olub. Polisdən iğtişaşlarda iştirak edənlərə 5 il müddətinə Rusiyaya giriş qadağasının qoyula biləcəyi xəbərdarlığı edilib.

Daha əvvəl ermənilərin Moskvada azərbaycanlıya məxsus restoranda iğtişaş törətdiyi bildirilmişdi.

 

 

 

Gununsesi.org