Moskvada güclü yanğın - 40 NƏFƏR TƏXLİYYƏ EDİLİB

  • By admin
  • 18 Yanvar 2018 09:15

Rusiyanın paytaxtı Moskvada, “Sadovod” ticarət kompleksinin ərazisində güclü yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, yanğının söndürülməsinə 100 yanğınsöndürən və 30 texnika cəlb olunub.

Bazarın 1-ci mərtəbəsində başlayan yanğın 300 kvadratmetr ərazini əhatə edib.

Yanğın zamanı 40 nəfər təxliyə olunub. Hazırda yanğın söndürülüb, tələfat yoxdur. İnsidentin səbəbləri araşdırılır.

Gununsesi.info