Moskvada həyəcan siqnalı - 2 MİN NƏFƏR TƏXLİYYƏ OLUNUB

  • By admin
  • 07 Noyabr 2017 20:15

Gununsesi.info xəbər verir ki, bu gün səhər saatlarında Moskvada anonim zəngdən sonra “Olimpiyski” idman kompleksi təxliyyə olunub.

Binadan 2000-ə yaxın adam çıxarılıb.

Hazırda kompleksin ətrafı nəzarətə götürülüb, obyektdə partlayıcı maddənin olub-olmaması ilə bağlı axtarışlar aparılır.

Qeyd edək ki, Rusiyada anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb.

Bugünədək ölkənin 170 şəhərində 1 milyondan çox təxliyə olunub. Zənglərin heç biri öz təsdiqini tapmayıb.

Gununsesi.info