Moskvada liderlərin görüşü: Putin Azərbaycan Prezidentinə təşəkkür etdi - VİDEO/FOTO -YENİLƏNDİ

  • By admin
  • 25 May 2023 21:51

“Avrasiya İqtisadi Birliyi çərçivəsində indiki işimizə qoşulmaq qərarına gəldiyinə görə Azərbaycan Prezidentinə təşəkkür etmək istərdim”.

Kremlin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

O, qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir.

“Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, onlar mütərəqqi, üstəlik, bərabərlik prinsipləri əsasında, bir-birinin maraqları nəzərə alınmaqla və 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik qarşıqlıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq inkişaf edir. Biz hamımız buna çox sevinirik”, – deyə Rusiya lideri bəyan edib.

Putin görüş zamanı ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin Rusiyada da layiqincə qeyd olunduğunu xatırladıb.

“Bu il Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Həm Sovet İttifaqının, həm də müstəqil Azərbaycanın böyük siyasi xadiminə münasibətimizi bilirsiniz. O, görkəmli siyasi xadimdir, ölkələrimizin tarixində birləşdirici şəxsiyyətdir. O da məlumdur ki, biz bu yubileyi Rusiyada layiqincə qeyd edirik. Həm Dövlət Dumasında, həm də Federasiya Şurasında sərgilər keçirilib, televiziyada sənədli filmlər nümayiş etdirilib. Rusiya Federasiyasının bölgələrində də bir çox tədbirlər baş tutub”, – deyə prezident Putin vurğulayıb.

20:17

Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü başlayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

 

Gununsesi.info