Moskvada koronavirusa qarşı peyvənd pulsuz olacaq

Moskvada koronavirusa qarşı peyvənd pulsuz olacaq.

Gununsesi.org bildirir ki, “RİA Novosti”nin məlumatına görə, bunu Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.

“Hazır olacağı anda peyvənd kampaniyasına başlayacağıq… Əlbəttə ki, iki payız epidemiyasını üstələməyimiz üçün bu il qripə qarşı vaksinasiyanı da artırmalıyıq”, – deyə paytaxt rəhbəri vurğulayıb.

Sobyaninin sözlərinə görə, testlərin sayının artması aşkar olunan yoluxma hallarının çoxalmasına səbəb olur: 

“Ümumiyyətlə, koronavirusla bağlı vəziyyət yaxşılaşır. Bu gün Moskvada təqribən 50 min adam yoxlanılmaq üçün qeydiyyatdan keçib”.

Qeyd edək ki, Rusiyada ən azı 17 elmi təşkilat COVID-19 əleyhinə peyvəndin hazırlanması ilə məşğuldur.

Bazar ertəsi günü Rusiyanın Müdafiə Nazirliyi tərəfindən Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzi ilə birlikdə hazırlanan peyvəndin klinik sınaqları uğurla başa çatıb. Nəticələr işləndikdən sonra dövlət qeydiyyatı üçün göndəriləcək. 

Bundan başqa, Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) yanında “Vektor” Virusologiya və Biotexnologiya Elmi Mərkəzi vaksinin klinik sınaqlarını aparmaq üçün icazə alıb.

Gununsesi.org