Moskvada koronavirusa yoluxanların 40%-i gənc və orta yaşlı insanlardır

  • By admin
  • 29 Mart 2020 16:28

Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusa yoluxanlarla bağlı statistik məlumatlar açıqlanıb.

Gununsesi.org xəbər verir ki, bunu Moskvanın Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, qeydə alınan koronavirus daşıyıcılarının, demək olar ki, 40%-i yaşı 40-dan aşağı olan şəxslərdir. Yaşı 60-dək olanlar isə yoluxanların 64%-ni təşkil edirlər.

Moskvada yaşı 35-64 arası olan virus daşıyıcıları ümumi yoluxanların 46%-ni, yaşı 18-34 arası olanlar isə 33,5%-ni əhatə edir.

Yaşı 65 və daha yuxarı olan insanlar ümumi yoluxanların sayında 15%, uşaqlar isə 5,5% təşkil edir.

Qeyd edək ki, bu gün Moskva meri Sergey Sobyanin paytaxtda 1 000-dən çox virus daşıyıcısının olduğunu açıqlayıb.

 

 

 

Gununsesi.org