Moskvada kriminal aləm üzvləri arasında silahlı toqquşma - Polis əməliyyat keçirdi

  • By admin
  • 03 Yanvar 2021 09:30

Yanvarın 1-də gecə saatlarında Rusiyanın paytaxtı Moskva şəhərində, Qolyanovo rayonunun Uralskaya küçəsində silahlı insident baş verib.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, kriminal qruplaşmalar arasında baş verən toqquşmadan dərhal sonra əməliyyat keçirilib. Hadisə yerinə gələn polis əməkdaşları təxminən 35 adamı saxlayaraq bölməyə aparıblar. Hazırda xəsarət alanlarla bağlı məlumat verilməyib.

Polis hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparır.

Gununsesi.info