Moskvada planlaşdırılan terrorun qarşısı alındı

Rusiya İstintaq Komitəsi Moskvadakı dəmiryol vağzalında terror aktının qarşısının alındığı barədə məlumat yayıb.

Gununsesi.info “Ria Novosti”yə istinadən xəbər verir ki, Moskvadakı dəmiryol vağzalını partlatmağı planlaşdıran şəxs həbs edilib.

Bunu paytaxt İstintaq Komitəsində Baş İdarə rəisinin köməkçisi Yuliya İvanova jurnalistlərə bildirib.

Onun məlumatına görə, 1983-cü il təvəllüdlü şəxs “naməlum şərikdən tapşırıq alaraq” pul müqabilində terror aktı törətməyə – dəmiryol stansiyalarından birini partlatmağa razılaşıb.

İstintaq Komitəsinin yaydığı videoda həmin şəxs deyib ki, “bu missiyadan sonra bir təhlükəsizlik işçisi onu Ukrayna ərazisinə aparacağına söz verib, lakin beləcə terakt gerçəkləşməyib”.

 

 

Gununsesi.info