Moskvada saxlanılan jurnalist bu gecə Bakıya deportasiya ediləcək

  • By admin
  • 07 İyun 2019 14:05

Rusiyada saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasov iyunun 8-də səhər saatlarında Bakıda olacaq.

Gununsesi.org xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Elman Paşayev məlumat verib.

E. Paşayev qeyd edib ki, jurnalistin Bakıya bileti artıq alınıb: “O, Şeremetyevo hava limanından Bakıya uçacaq. Təqribən saat 2-3 radələrində Bakıya çatacaq”.