Moskvada “Crocus City Hall”dakı dəhşətli terror aktı zamanı terrorçuların şəriki olduğu iddia edilən üç nəfər Basmannı Məhkəməsində hakim qarşısına çıxarılıb.
Gununsesi.info xəbər verir ki, onlar da tacikdir – Aminçon, Dilovar və İsrail İslamovlardır (ata və iki qardaş).
25 yaşlı Dilovarın Rusiya vətəndaşlığı var.
İstintaq onun və digərlərinin iki ay müddətinə həbs olunmasını istəyib.
Məhkəmə müttəhimlər barədə mayın 22-dək müddəti olan həbs qətimkan tədbiri seçilməsinə dair qərar verib.
Gununsesi.info