Moskvada xəstəxanada yanğın oldu, 1 nəfər öldü

  • By admin
  • 10 May 2020 09:21

Moskvanın şimalında Vuçetiç küçəsindəki 50 nömrəli xəstəxanada yanğın hadisəsi baş verib.

Gununsesi.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, reanimasiya şöbəsində başlayan yanğında 1 nəfər ölüb, 5 xəstənin həyatını isə xilas etmək mümkün olub. Ümumilikdə xəstəxana binasından 295 nəfər təxliyyə olunub.

Tibb müəssisəsində koronavirus xəstələrinin də müalicə olunduğu bildirilir.

Hadisə yerində yanğından mühafizə xidmətinin əməkdaşları işləyir. Hadisənin səbəbləri araşdırılır.

Moskva meri Sergey Sobyanin faciənin dəqiqliklə araşdırılacağına söz verib, ölən şəxsin ailəsinə bağşsağlığı verib.

 

 

Gununsesi.org