Moskvada yaxta aşdı, xəsarət alanlar var

  • By admin
  • 23 Sentyabr 2019 08:51

Güclü külək səbəbindən Moskva çayında içərisində insanlar olan yaxta aşıb.

Gununsesi.org Rusiya KİV-nə istinadən xəbər verir ki, nəticədə 3-ü qadın, 2-si kişi olmaqla 5 nəfər yüngül xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qeyd edək ki, yaxta özü “Küləyin gücü” klubuna məxsus olub. Sinoptiklərin hava xəbərdarlığına baxmayaraq yaxta çaya açılıb.

Gununsesi.org