Moskvada zərgərlik mağazasını qarət edən Azərbaycan vətəndaşları saxlanıb

  • By admin
  • 18 Mart 2018 14:54

Moskvada zərgərlik mağazasını qarət etməkdə şübhəli sayılan şəxslərdən ikisi saxlanılıb.

Bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə TASS agentliyinə saxlanılan şəxslərin Azərbaycan vətəndaşları olduğunu bildirib. Hazırda cinayətkar qrupun digər üzvlərinin axtarışı davam edir.

Qeyd edək ki, martın 15-də axşam naməlum şəxslər Moskvanın Leninqrad prospektində zərgərlik mağazasını qarət edib. Mağazada satıcıları təhdid edən həmin şəxslər 50 milyon rubl dəyərində qızıl-zinət əşyalarını götürərək aradan çıxıblar.

Gununsesi.info