AZALJET Moskvadan Azərbaycanın regionlarına yeni reyslər açır.
Bu barədə Gununsesi.info-ya AZAL mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, martın 15-dən etibarən AZALJET brendi (“Azərbaycan Hava Yolları”-nın aşağı büdcəli brendi) altında Moskvanın “Vnukovo” hava limanından Azərbaycanın regionlarına – Gəncə və Qəbələyə müntəzəm reyslərin yerinə yetirilməsinə başlanılacaq.
Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri Airbus A320 təyyarələri ilə yerinə yetiriləcək.
“Vnukovo” Beynəlxalq Hava Limanından (VKO) uçuş yerli vaxtla saat 15:10–da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) və Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə – saat 20:30-da. Qəbələ və Gəncədən uçuş – saat 20:30-da, “Vnukovo” Beynəlxalq Hava Limanına enmə – yerli vaxtla saat 22:20-də olacaq.
Aviabiletlərin qiymətləri 49 avrodan başlayacaq (bir istiqamətdə). Baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək.
Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər.
Mürtəza
Gununsesi.info