Moskvadan Qərbə MESAJ

  • By admin
  • 09 Oktyabr 2022 10:15

“Qərbin Ukraynaya uzaqmənzilli silahlar tədarükü Moskva üçün “qırmızı xətt”ə çevriləcək”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk bildirib.

“”Qırmızı xət”lərlə bağlı deyilənlərə gəlincə, biz onları artıq qeyd etmişik. Bu, ilk növbədə Kiyevə uzaq mənzilli və ya daha güclü silahların verilməsidir. Ukrayna rejimini silahla təmin edən ABŞ və onun müttəfiqlərinin hərəkətlərinə cavab vermək üçün konkret tədbirlər mövcud vəziyyətin hərtərəfli təhlilinin nəticələrinə əsasən müəyyən ediləcək”, – Polişçuk TASS-a müsahibəsində qeyd edib.

Diplomat iddia edir ki, Rusiyanın cavab tədbirləri həyata keçirmək üçün vasitələri var.

Daha əvvəl Polişçuk bildirib ki, ABŞ Ukraynaya əcnəbi muzdluları cəlb etməkdə və hərbi əməliyyatların aparılması ilə bağlı oriyentasiya verməkdə kömək edir.

Gununsesi.info