Moskvadan Tehrana tələb: ORDUNU BÖLGƏDƏN ÇIXART !

  • By admin
  • 03 Sentyabr 2022 13:51

Rusiya ordusunun Suriyadakı yüksək rütbəli zabitlərinin SEPAH və şiə milis rəhbərləri ilə görüşünün detalları sızdırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

HTML tutorial

Bildirilir ki, Rusiya İsrail hücumlarından hərbi texnikalarının zərər görməsini səbəb gətirərək İrandan Suriyanın Həma və Tartus şəhərlərindəki hərbi bazaları tərk etmələrini istəyib.

Xüsusilə rus əsgərləri ilə İran silahlılarının birgə istifadə etdiyi hərbi bazalara hücumlarda İsrailə qarşı əli zəif olan Rusiya Təl-Əvivi məsuliyyətə cəlb etmək üçün milislərin orada olmadığını sübut etməyə çalışır.

Moskva strateji mövqeyinin sarsıldığını gördüyü üçün görüşdə 49-cu alayın ətrafında yerləşdirilən İran bazalarının boşaldılmasını təkidlə tələb edib.

Sözügedən hərbi baza da İran üçün kritik bir yerdədir. Çünki Tehran xüsusi təyinatlılarını, S-200 zenit-raket kompleks sistemlərini və Rusiya istehsalı olan digər hərbi texnikanı burada gizlədir.

Moskva isə İran qüvvələrinin Əl-Həmdiyə şəhəri yaxınlığında, onlardan uzaqda yerləşən hərbi bazaya çəkilməsini istəyir.

Gununsesi.info