Moskvaya dron hücumu oldu

  • By admin
  • 20 Noyabr 2023 08:49

Pilotsuz uçuş aparatı Moskvaya yaxınlaşarkən hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə öz “Telegram” kanalında Moskvanın meri Sergey Sobyanin bildirib.

“Elektrostal rayonundan Moskvaya doğru hərəkət edən pilotsuz uçuş aparatı qeydə alınıb. Hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan pilotsuz təyyarəni vurub”, – deyə Moskva meri yazıb.

Gununsesi.info