Moskvaya niyə Xələf Xələfov göndərildi?

  • By admin
  • 10 Dekabr 2021 15:09

Bu gün Moskvada “3+3” formatı üzrə ilk danışıqlar keçiriləcək.

Gununsesi.info xəbər verir ki, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun təmsil etməsi diqqət çəkib.

HTML tutorial

Belə ki, Ermənistan baş naziri bu formatın məsləhətçi funksiyasını yerinə yetirəcəyini demişdi. Amma Xələf Xələfov Xəzərin hüquqi statusu və Gürcüstanla sərhədin demarkasiyası məsələsində iştirak edən və bu prosesi dərindən bilən şəxsdir.

Azərbaycanın sərhəd məsələlərində hər zaman Xələf Xələfov iştirak edib, bu proseslərdə milli maraqlardan qətiyyən geri çəkilməyən savadlı, peşəkar diplomat kimi tanınır. Məhz Xələf Xələfovun Moskvaya göndərilməsi və “3+3” (daha doğrusu, “2+3” – Gürcüstan iştirak etmir) formatında Azərbaycan nümayəndəsi təyin edilməsinə təsadüfi baxılmır. Ermənistanla sərhədin delimitasiya və demarkasiya məsələsinin də bu formatda müzakirəyə çıxarılması ehtimalı var. Buna görə də Azərbaycan bu prosesi dərindən bilən diplomatını “3+3” formatında təmsilçi seçib.

Gununsesi.info