
İsrailin “Mossad” xarici kəşfiyyat idarəsinin başçısı yanvarın 3-də deyib ki, İsrailə 7 oktyabr hücumunda iştirak etmiş HƏMAS radikal qruplaşmasının hər bir üzvü, harada olmasından asılı olmayaraq, məhv ediləcək.
Gununsesi.info xəbər verir ki, bu bəyanatdan bir gün öncə qruplaşma başçısının müavini Beyrutda İsrailin endirdiyi güman edilən zərbədə həlak olub.
Aİsrail qətli gerçəkləşdirməsi haqda məlumatları şərh etməyib. Amma “Associated Press” yazır ki, David Barneanın dedikləri Təl-Əvivin bu zərbənin arxasında durmasına ən güclü əlamət sayıla bilər.
O, 1972-ci il Münhen Olimpiadasındakı qətllərlə müqayisə aparıb. O zaman “Mossad” agentləri israilli atletlərin qətlində əli olan fələstinli silahlıları izləyərək öldürüb.
Yanvarın 2-də Livan paytaxtında HƏMAS-ın aparıcı üzvü Saleh Arurinin qətlindən sonra İsrail istənilən ssenariyə hazır olduğunu bildirib. Aruri təxminən üç aydır davam edən Qəzza müharibəsində öldürülmüş ən yüksək rütbəli HƏMAS üzvüdür.
Gununsesi.info