
“Mossad”ın keçmiş rəhbəri Tamir Pardo bildirib ki, Qəzzada müharibə Həmas tərəfindən saxlanılan 136 məhbusun ölümü ilə başa çatarsa, İsrail ilk dəfə uduzmuş olacaq.
Gununsesi.info xəbər verir ki, Pardo İsrailin KAN Dövlət Televiziyasına açıqlamasında baş nazir Binyamin Netanyahuya müraciət edib.
“Əsirlərdən əl çəkibsə, bunu ictimaiyyət qarşısında açıq deməlidir. Müharibəyə 136 tabutla (İsrailli əsir Qəzzada) son qoysaq, İsrail ilk dəfə uduzacaq. Dövlət öz vətəndaşını qurban vermək və ona xəyanət etmək səhvini düzəltməlidir”, – deyə o bildirib.
KAN-ın başqa bir xəbərində isə onlarla israilli məhbus ailəsinin Netanyahunun evi qarşısında oturaq etiraz aksiyası keçirmək üçün Kayserya şəhərinə getdiyi bildirilir. Netanyahu hökumətinə etibarlarını itirdiklərini ifadə edən məhbusların ailələri tədbir görəcəklərini bildirsələr də, təfərrüatları açıqlamayıblar.
İsrail ordusunun məlumatına görə, Qəzza zolağında hələ də 136 israilli məhbus var.
Qətər və Misirin vasitəçiliyi ilə 24 noyabr 2023-cü ildə Qəzzada baş verən qarşıdurmada “humanitar atəşkəs” zamanı 81 israilli və 240 fələstinli əsir 4 gün, daha sonra isə 3 gün müddətinə uzadılıb.
Gununsesi.info