İŞİD-in nəzarətində olan Mosulun qərbinin işğaldan azad edilməsi istiqamətində aparılan əməliyyat davam edir.
Axar.az xəbər verir ki, İraq ordusu ilə birlikdə əməliyyatda iştirak edən Haşdi Şabi qruplaşmasının komandirlərindən Əli Əbu Tahir açıqlamasında şəhərin tamamilə azad edilməsinə yaxın olduqlarını bildirib.
O, şəhərin qərbinin azad edilməsi istiqamətində aparılan əməliyyatlarda irəliləyişin olduğunu, ABŞ-ın rəhbərliyi altında koalisiya qüvvələrinin dəstək verdiyini bildirib.
Tahir İŞİD-in əks-terror hücumları ilə əməliyyata əngəl törətməyə çalışdığını söyləyib.
“Bu gün Mosulun Keyran bölgəsinə hücum əməliyyat başlayıb. Toqquşmalarda İŞİD ağır itkilər verir. Mosul əməliyyatı sona yaxınlaşır. Keyran bölgəsi Ramazan ayında azad ediləcək. Mosulun bütünlüklə azad edilməsi isə Ramazan bayramından sonra mümkün olacaq”, – Tahir qeyd edib.
Gununsesi.info