
İraq ordusu Mosulun İŞİD terror təşkilatından azad edilməsi üçün başladığı əməliyyatı davam etdirir.
Gununsesi.info “Akşam” qəzetinə istinadən xəbər verir ki, İraq ordusunun hərbi komandanlığından verilən bilgiyə görə, əməliyyatın başladığı gündən, yəni oktyabrın 17-dən bu günə kimi 772 İŞİD-çi məhv edilib.
Hərbi əməliyyatların gedişi zamanı Mosul şəhəri ətrafında yerləşən 87 bölgə terroristlərdən azad olunub. Azad olunan ərazilərdə ordu qüvvələri idarəçiliyi öz əlinə alıb.
Məlumatada 23 terrorçunun yaxalandığı, 127 partlayıcı yüklü maşın, 27 qaubitsa, 397 bomba, 5 partlayıcı yüklü motosiklet, 40-a yaxın atəş nöqtəsinin yararsız hala salındığı, eyni zamanda xeyli sayda silah, sursat və partlayıcı istehsalında istifadə edilən maddənin də ələ keçirildiyi bildirilib.
Anar
Gununsesi.info











