Mosul İŞİD-dən alınır:  Son xəbərdarlıq

  • By admin
  • 23 May 2017 21:09

mosuliq

 

Mosulun qərbində İŞİD hədəfləri modernləşdirilmiş qrad raketləri ilə hədəf alınır.

Gununsesi.info xəbər verir ki, bu sözləri İraq Federal Polis Təşkilatının rəhbəri Raid Şakir Cövdət deyib.

O bildirib ki, şəhərin azad edilməsi ilə bağlı son mərhələ başladılıb:

“Qüvvələrimiz şəhərin qədim bölgəsində koalisiya dəstəyi ilə uğurlu əməliyyat keçirdi. Əməliyyatda İŞİD-in qərargahı, hərbi texnikaları və artilleriya qurğuları məhv edilib. Bu, terrorçulara son xəbərdarlıq idi”.

 

Gununsesi.info