Mosulda terrorçular sıxışdırıldı –  Son bir neçə metr

  • By admin
  • 09 İyul 2017 13:30

139504060715136358003934jpg
İraqda Mosul şəhərinin “Köhnə şəhər” bölgəsinin bu gün ordunun nəzarətinə keçdiyi açıqlanıb.

“Qafqazinfo” Tasnim-ə istinadən xəbər verir ki, hazırda İŞİD terrorçuları şəhərin əl-Midan bölgəsində Dəclə çayının sahilində mühasirəyə alınıb

Həmin bölgə də terrorçulardan təmizləndikdən sonra şəhər tamamilə İraq ordusunun nəzarətinə keçəcək.

Qeyd edək ki, Mosulun şərq hissəsi isə ötən ilin 17 oktyabrında başlayıb bu il 24 yanvarında bitən əməliyyatlar nəticəsində terrorçulardan tamamilə təmizlənib.

Şəhərin qərb hissəsi isə 19 fevral – 29 iyun aralığında keçrilən əməliyyatlar nəticəsində azad edilib.

Gununsesi.info