Mosulun qərbi İŞİD-dən azad edilir – Əməliyyat

  • By admin
  • 19 Fevral 2017 10:36

ishid

 

İraqda Mosulun qərb hissəsinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Frans Press” xəbər verib.

Agentliyin verdiyi xəbərə görə, bunu bu gün İraqın Baş naziri Heydər İbadi bəyan edib.

Qeyd olunur ki, şəhərin qərb hissəsi silahlıların nəzarəti altındadır. İraq hərbçiləri artıq 3 aydır onları mühasirədə saxlayırlar.

Şərqi Mosul isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Əməliyyatın gedişində evlərini tərk etmiş 190 min şəhər sakinindən 30 minə yaxını artıq evlərinə qayıdıb.

 

Gununsesi.info