
Bakı şəhər sakininə məxsus motosikleti qaçırmaqda şübhəli bilinən şəxs tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də Bakı şəhər sakini Elman İbrahimova məxsus “Yamaha” markalı motosikleti qaçırmaqda şübhəli bilinən paytaxt sakini Rauf İsgəndərov tutulub.
Aparılan araşdırmalarla onun motosikleti həmyerlisi olan S.Əhmədova satması müəyyən edilib.
Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən S.Əhmədovun Yasamal rayonu ərazisindəki qarajına baxış zamanı həmin motosiklet aşkar edilib.
Anar
Gununsesi.info