Motosikletin altında qalan qadın öldü

  • By admin
  • 16 Sentyabr 2021 14:54

Sentyabrın 15-də saat 13 radələrində Biləsuvar rayonu ərazisində ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Bakı şəhər sakini F.Həsənli idarə etdiyi “Yamaha” markalı motosikletlə yolu keçən rayon sakini İradə Əhmədovanı vurub.

Aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 16-da orada ölüb.

Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.

Gununsesi.info