Motosikletlə dünyanı gəzən cütlüyə hücum edən qrup tutuldu

  • By admin
  • 06 Mart 2024 12:50

Zorlama hallarının çox yüksək olduğu və rəsmi məlumatlara görə hər gün orta hesabla 90 zorlama hadisəsinin baş verdiyi Hindistanda ötən həftə baş verən dəhşətli hadisənin əsas iştirakçıları yaxalanıb.

Gununsesi.info xəbər verir ki, əri Vinsente ilə dünyanı motosikletlə gəzən 28 yaşlı Fernanda Hindistandan Nepala keçməzdən əvvəl ölkənin şərqindəki Dumka bölgəsində yol kənarında düşərgə salaraq dincəlmək istəyib. Çadır quran cütlük çoxlu kişinin hücumuna məruz qalıb və təcavüzkarlar 63 yaşlı Vinsenteni daş və motosiklet dəbilqəsi ilə döyüb, daha sonra növbə ilə Fernandaya təcavüz ediblər.

Xəstəxanaya yerləşdirilən kişini bu dəhşətli hücumu izləməyə məcbur edən azğınlar daha sonra qaçıb və hücuma məruz qalan cütlük yaşadıqlarını İnstaqram hesablarında açıqlayıb. Hücum edənlərdən 3-ü ötən gün tutulduğu halda, bu gün daha 5 azğının tutulduğu açıqlanıb.

Xəbər agentliklərinin kameraları qarşısında yaxalanan 5 nəfərin kimliyi açıqlanmasa da, başlarına iri maskalar taxılıb.

İspaniya və Braziliya vətəndaşı olan cütlük bu dəhşətli hadisədən sonra beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşüb və ədalət tələb edib. İspaniyanın Hindistandakı səfirliyinin rəsmiləri vəziyyətə müdaxilə edərək hüquqi prosesi sürətləndirməyə çalışıblar.

Fernanda polisin cəld hərəkətə keçməsinə və hücum edənləri tutmasına görə minnətdar olduğunu bildirib.

Digər tərəfdən, Hindistan mediası da səlahiyyətlilərin Vincenteyə “zərər çəkənlərə yardım fondu”ndan təxminən 10 min dollar verdiyini bildirib.

 

Gununsesi.info