Motosikletlə dünyanı gəzən qadına təcavüz edənlər tutuldu – FOTO

  • By admin
  • 05 Mart 2024 14:32

İspaniyanın turizm şəhəri Barselonada yaşayan Fernando və Visente motosikletlə dünya turu zamanı Hindistanda dəhşətli hücuma məruz qalıb və 7 nəfər gənc qadına təcavüz edib.

Gununsesi.info xəbər verir ki, şübhəlilərdən üçü polisin başlatdığı axtarışda tutularaq, hakim qarşısına çıxarılıb.

Digər tərəfdən Hindistan səlahiyyətliləri məhkəməyə gedən turist cütlüyünə təxminən 10 min avro təzminat ödəyib.

60-dan çox ölkəni gəzən və 5 il ərzində təxminən 170 min kilometr yol qət edən və o anları İnstaqram hesabında paylaşan cütlük Hindistanda hücuma məruz qaldıqlarını açıqlayıb. Xəstəxanada açıqlama verən Vinsente və Fernanda cütlüyü 7 nəfərin onlara hücum edərək qarət etdiyini və Fernandanın cinsi təcavüzə məruz qaldığını bildirib.

Dəhşətli hücumdan sonra İspaniyanın Hindistandakı səfirliyi işə qarışaraq yerli hakimiyyət orqanları ilə əlaqə saxlayıb. Polis hücum edənlərin axtarışına başlayarkən bu hadisədə şübhəli bilinən üç nəfər tutulub.

Hindistan polisinin X sosial media platformasında paylaşdığı fotolarda köynək geyinmiş üç təcavüzkar sifətlərinin tanınmaması üçün başlarını maskalarla bağlayıblar. Səlahiyyətlilər qalan 4 nəfərin axtarışda olduğunu açıqlayıb.

Gununsesi.info