Motosikletlə avtomobil toqquşub, xəsarət alan var

  • By admin
  • 05 Yanvar 2022 09:20

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

2001-ci il təvəllüdlü İbişzadə Sənan Ayaz oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Bədən xəsarətləri alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info