
İngiltərə Premyer Liqasında 13-cü tura start verilib.
Gununsesi.org xəbər verir ki, Joze Maurinyonu baş məşqçi postuna gətirən “Tottenhem” səfərdə “Vest Hem”in qonağı olub.
Qarşılaşma “Tottenhem”in 3:2 hesablı qələbəsiylə başa çatıb. “Tottenhem”in qollarına Son, Lukas və Harri Keyn imza atıb. Meydan sahiblərindən isə Antonio və Oqbonna fərqlənib.
Gununsesi.org