Mourinyonun yeni klubu açıqlandı

  • By ilhame
  • 19 Yanvar 2024 20:39

Bir neçə gün əvvəl “Roma”nın istefaya göndərdiyi Joze Mourinyonun yeni klubu müəyyənləşmək üzrədir.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanının “Əş-Şəbab” klubu ilə razılaşıb.

 

Mənbənin məlumatına görə, Mourinyo müqavilənin şərtlərini razılaşdırmaq üçün tezliklə Ər-Riyada gedəcək.

 

Qeyd edək ki, “Əl-Şabab” hazırda Səudiyyə Ərəbistanı Pro Liqasında 11-ci yerdədir.

 

Gununsesi.info