Mövlam Şıxəliyevin müsadirə olunan əmlakları -SİYAHI

  • By admin
  • 21 Sentyabr 2022 11:51

Bu gün Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilən MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin general rütbəsi alınmaqla yanaşı, həm də əmlakları müsadirə olunub.

Gununsesi.info xatırladır ki,  istintaq dövründə Mövlam Şıxəliyevin mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 482 min manat, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198,1 kvadratmetr sahəsi olan daşınmaz əmlakın 770 min 609 manat, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kvadratmetr sahəsi olan zirzəminin 35 min 500 manat, Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlakın 974 min 600 manat, Nəsimi rayonu, Nizami küçəsi, ev 78, 6 mənzil ünvanında yerləşən daşınmaz əmlakın 214 min manat, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlakın 31 min 500 manat, Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakın 39 min 528 manat dəyərində olması müəyyən edilib.

Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən daşınmaz əmlakın 26 min 240 manat, Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kvadratmetr əmlakın 17 min manat, Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlakın 37 min 600 manat, Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlakın 400 min manat, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən 403,3 kvadratmetr sahəsi olan daşınmaz əmlakın 1 milyon 452 min manat, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137,7 kvadratmetr sahəsi olan daşınmaz əmlakın 535 min 653 manat, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137,7 kvadratmetr sahəsi olan daşınmaz əmlakın 738 min 711 manat dəyərində olması müəyyənləşib.

Mövlam Şıxəliyevin qızı Samirə Əliyevanın adına rəsmiləşdirilmiş Bakı şəhəri Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167,3 kvadratmetr sahəsi olan daşınmaz əmlakın 650 min 719 manat, Binəqədi rayonu, Novxanı kənd, 686 ünvanında yerləşən 214,3 kvadratmetr sahəsi olan daşınmaz əmlakın 257 min 172 manat, Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087,7 kvadratmetr sahəsi olan daşınmaz əmlakın 1 milyon 305 min 240 manat dəyərində olduğu üzə çıxıb.

Generalın oğlu Elgün Şıxəliyevin adına rəsmiləşdirilmiş Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlakın 360 min manat, Səbail rayonu, prospekti ev 7 ünvanında yerləşən daşınmaz əmlakın 714 min 985 manat dəyərində olması müəyyən edilib.

Əmlaklar ümumilikdə 7 738 017 manat məbləğində müəyyənləşib.

Elmar

Gununsesi.info