Mövlam Şıxəliyevin oğlu atasının həbsindən danışdı -ÖZƏL

  • By admin
  • 05 Aprel 2021 20:50

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyev  həbsi barədə xəbər yayılıb.

Gununsesi.info-nun əməkdaşı generalın oğlu Elgün Şıxəliyev ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında atasının həbsini təsdiq edən Elgün Şıxəliyev bildirib ki,  həbsin səbəbləri ona bəlli deyil:

“Mən də evdəyəm. Niyə həbs olunduğunu bilmirəm“.

Qeyd edək ki, Mövlam Şıxəliyev sabiq MTN şefi Eldar Mahmudovun əsas adamlarından biridir. Mövlam Şıxəliyev MTN tərəfindən törədilən bir sıra cinayətlərdə əsas iştirakçılardan  biri olsa da bu günə qədər azadlıqda qala bilmişdi.

Gununsesi.info