Ləğv edilən MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyev Novxanıda dəniz kənarında tikdirdiyi villasında çalışan fəhlələrin pulunu hələ də verməyib.
Gununsesi.info moderator.az-a istinadən xəbər verir ki, Novxanı çimərliyinin ən perestijli yerində inşa edilən və dəyəri milyonlarla manat məbləğində olan villanın tikintisi bir neçə il davam edib. Lakin villa hazır olandan sonra bəlli olub ki, M.Şıxəliyev fəhlə kontingentinin alın təri ilə qazandığı pulu vermək niyyətində deyil. İctimaiyyətdəki MTN xofundan, habelə özünün bu qurumda tutduğu vəzifəsindən sui-istifadə edən M.Şıxəliyev fəhlələrə alacaqları puldan gözlərini çəkməyi, bu pulu verməyəcəyini bildirib.
M.Şıxəliyevin MTN-dəki statusundan xəbərdar olan fəhlələr MTN generalına etiraz etməyə cəsarət etməyiblər və məcburən deyilənlərlə razılaşmalı olublar. Lakin 2015-ci ildə bir sıra həmkarları kimi M.Şıxəliyevin də MTN-dəki vəzifəsi ilə vidalaşması generalın Novxanıdakı vilasında çalışmış fəhlələrdə pullarını ala biləcəkləri ilə bağlı az da olsa ümid yaradıb. Bu ümidin nəticə etibari ilə fəhlələrə nə verəcəyi hələ bəlli olmasa da, proseslərin M.Şıxəliyev üçün yaxşı heç nə vəd etmədiyi ortadadır. Və çox güman ki, “fəhlə problemi” hələ uzun müddət M.Şıxəliyev üçün əlavə başağrısı olaraq qalacaq.
Gununsesi.info