Mövlan Şıxəliyevin prokuror işləyən kürəkəni kimdir? -CAVAB

  • By admin
  • 08 Avqust 2016 20:45

prokurorluq

Eldar Mahmudovun  özünün və cinayətkar dəstəsinin əsas simalarından bəzilərinin azadlıqda qalması cəmiyyətdə təəccüb və narazılıqla qarşılanmaqdadır. Axı, necə ola bilər ki, mütəşəkkil dəstənin üzvləri  həbs olunsun ancaq bu dəstənin başında duranlar azadlıqda qalsınlar.  Hələ bu azmış kimi həmin şəxslərin yaxınları bu gün də müxtəlif vəzifələrdə qalmaqdadır. Belə şəxslərdən biri də MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlan Şıxəliyevdir. Nazirliyin istintaq idarəsinə rəhbərlik etdiyi dönəmlərdə yüzlərlə günahsız vətəndaşın həyatının məhvinə imza atan bu adam törətdiyi cinayətlərin saysız olmasına rəğmən hələ də əlini-qolunu sallayıb azadlıqda gəzir. Çexiyada oğlu üçün qurduğu biznes isə öz axarında davam edir.

Gununsesi.info-nun Mövlan Şıxəliyevlə bağlı apardığı araşdırmalar zamanı onun kürəkəninin prokurorluq orqanında çalışması üzə çıxıb. Belə ki, araşdırmalarımız zamanı bəlli olub ki, Mövlan Şıxəliyevin kürəkəni Nail Əliyev hazırda Abşeron Rayon prokurorunun müavini vəzifəsində çalışır. Mənbəmiz onu da bildirib ki, Mövlan Şıxəliyev MTN-dəki imkanları hesabına müstəntiq işləyən kürəkənini prokuror müavini təyin etdirib.

eldar

Xəbər Xidməti