Fevralın 10-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şurasının (YDSK) aşağı palatası olan Birgə Strateji Planlama Qrupunun növbəti, 5-ci iclasında iştirak etmək üçün Kiyevə səfər edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər zamanı M.Çavuşoğlu ukraynalı həmkarı Pavlo Klimkinin ilə də görüşüb.
Görüşdən sonra mətbuata açıqlama verən M.Çavuşoğlu bildirib ki, bundan sonra Türkiyə və Ukrayna vətəndaşları rahat şəkildə yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər: “Məqsədimiz turistlərin sayını artırmaqdır. Eləcə də, xalqlarımız arasında əlaqələrin sıx olmasını istəyirik. Artıq hər iki ölkənin vətəndaşları xarici pasportu olmadan, yalnız şəxsiyyət vəsiqəsilə səyahət edə biləcəklər. Bununla bağlı bütün hazırlıqlar başa çatdırılıb. Yaz gəlmədən bunu bacardıq” -, deyə o bildirib.
Anar
Gununsesi.info